Qazaxıstanın futbol üzrə milli komandasının olduğu təyyarə martın 27-də səhər saatlarında İrəvanda məcburi eniş edib.

Unikal.org xarici məbuata istinadən xəbər verir ki, bunu qazaxıstanlı jurnalist Yerbol Kairov "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, təyyarə İrəvan hava limanından havaya qalxdıqdan az sonra təcili eniş edib. Buna səbəb kimi təyyarənin şassilərinin nasaz olması göstərilib.