Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Rusiyaya səfərə gedəcək.
Unikal.org-un məlumatına görə, nazir mart ayının 29-da Moskvada olacaq və orada Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək.
Xatırladaq ki, Rusiyaya məxsus Türkiyə tərəfindən qırıcı təyyarənin vurulmasından sonra iki ölkə arasında münasibətlər bərpa olunsada iki ölkə arasında bir sıra məsələlərdə fikir ayrılıqları mövcuddur. Bunun üçün son günlər Suryada yaşanan olaylarda Türkiyə Rusiya arasında münasibətlər bir qədər gərginləşib. Rəsmi Moskva Türkiyədən bir sıra ərzaq məhsullarının gətirilməsinə qadağa qoyub. Bu da Türkiyənin narazılığı ilə qarşılanıb.