Qırğızıstanın cənubunda hərbçiləri daşıyan "KamAZ markalı yük maşını yaşayış evinə çırpılıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident bu gün Kadamjay şəhərində qeydə alınıb.

Hadisə nəticəsində 28 hərbçi xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin ağır vəziyyətdə olduğu bildirilir. Qəzanın səbəbləri barədə məlumat verilmir.