Leyləklərin sürülər halında köçə başlaması səbəbiylə Türkiyənin Atatürk Hava limanında həyəcan siqnalı verilib.

Unikal.orgxəbər verir ki, pilotlar uçuş təhlükəsizliyi ilə bağlı köçəri quş sürüləri haqqında Atatürk Hava limanının Hava Nəqliyyatı İdarə Mərkəzinə məlumat verirlər. Son bir həftədir leylək sürüləri Atatürk Hava limanı üzərində görülməyə başlayıb.
Eniş və qalxma edəcək təyyarələrin pilotları ilə nəzarətçilər quş sürülərinin olmasıyla bağlı anonslar edirlər. Hava limanı ətrafında zaman-zaman quş sürülərinin olmasıyla əlaqədar enmə zolaqlarına nizamlı aralıqlarla xüsusi təchizatlı vasitələrlə nəzarət edilir.
Ayrıca meydan ətrafında quşların olmasıyla bağlı məlumatlar davamlı olaraq pilotlara verilir.

Pilotların məlumat vermələri səs qeydlərində də əks olunub. Bir pilot, "Quş sürüləri sağımızdan və solumuzdan cənuba doğru dəniz səviyyəsindən hərəkət edir" məlumatını verincə nəzarətçilər də ola biləcək toqquşma təhlükələrinə qarşı quş sürüləri məlumatını pilotlarla bölüşürlər.


Atatürk Havalimanı'nda Göçmen Leylek Alarmı...by haberler