Türkiyənin Ege bölgəsində yerləşən Afyonkarahisar rayonunda ayrı yaşadığı həyat yoldaşının evinə uşağını görməyə gedən 29 yaşlı Ebru Dere adlı qadınəri tərəfindən ov tüfəngiylə qətlə yetirilib.
Unikal.org haberler-ə istinadən xəbər verir ki, Ebru Dere günorta saatlarında 5 aylıq uşağını görmək üçün bir müddətdir ayrı yaşadığı 31 yaşlı həyat yoldaşı Əhməd Derenin evinə gəlib. Burada cütlük arasında mübahisə yaranıb. Münaqişə küçəyə qədər davam edib. Evdəki ov tüfəngini götürən Əhməd Derehəyat yoldaşına atəş açıb və yerindən qaçıb.
Ebru Dere hadisə yerindəcə həyatını itirib. Polis qaçan cinayətkarı qısa müddətdə tutub.