Fransa polisinin Paris sakinini öldürməsindən sonra paytaxtda iğtişaş yaranıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insidentə səbəb martın 27-də iki polis əməkdaşının məişət zəminində mübahisəni araşdırmaq məqsədilə mənzillərdən birinə gələrək 56 yaşlı Li Şayonu güllələməsi olub. Onun asayiş keşikçilərinə bıçaqla hücum etdiyi bildirilir. Lakin mərhumun qızı bunu təkzib edir.

Polis məntəqəsinin yaxınlığındakı dinc nümayiş kütləvi qarşıdurmaya çevrilib. Naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıb, sonra onu yandırmağa cəhd ediblər. İzdihamı dağıtmağa çalışan polis əməkdaşlarına daş, butulka atılıb.

Etiraz aksiyası zamanı ən azı 35 nəfər saxlanılıb. Aksiyalarda isə ümumilikdə təqribən 150 nəfər iştirak edib.