İsveçin qərbində Qyoteborq şəhərində "Volvo" zavodunda yanğın baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yanğın zamanı 150 adam təxliyə olunub.

Yanğın səhər saatlarında, zavodun batareyalar saxlanılan anbarında baş verib. Yanğın zamanı zəhərli tüstü yayılıb. Bu səbəbdən ətrafda yaşayan sakinlərin pəncərələri bağlamaları tövsiyə olunub.

Hazırda hadisə yerində 40-a yaxın yanğınsöndürən maşın və çox sayda canlı qüvvə işləyir.