Livan prezidenti Mişel Aun ərəb ölkələri liderlərinin iştirakı ilə İordaniyada keçirilən 28-ci Ərəb Sammiti zamanı yıxılıb. 

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində prezident xəsarət almayıb.

İnsident sammitin keçirildiyi iclas zalının yaxınlığında ərəb ölkələri liderləri xatirə şəkli çəkdirərkən baş verib. Prezidentin ayağı xalçaya ilişib, yıxılandan dərhal sonra ətafdakıların köməyilə ayağa qalxıb. Aun elə həmin an iştirakçıların arasına qatılaraq şəkil çəkdirib və iclasda çıxış edib.