Arktikada ekoloqlar Putini marmelada qonaq ediblər.

Unikal.org life.ru-ya istinadən xəbər verir ki, bu gün Rusiya prezidenti Vladimir Putin Arktikaya Frans-İosif torpağına yollanıb. Burada arktik zonanın ekoloji problemlərinin həlli işləri ilə tanış olub. İşgüzar sərəfə Putinlə birgə baş nazir Dmitri Medvedyev və Müdafiə naziri Sergey Şoyqu da gəlib.

Putin ekoloqlarla birlikdə mağaraya gəlib, burda qırdığı buzu ekoloqlara göstərib. Həmçinin, alimlər onu çay içməyə dəvət edib, onu marmelada qonaq ediblər.

Qeyd edək ki, bu regionda güclü külək müşahidə olunur, temperatur -26 dərəcədir.