Hindistanın şimalındakı Dehradun şəhərində yaşayan 21 yaşındakı Rajon Verma adlı qadının beş əri var. Onların beşidə qardaşdır.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, Verma, ilk olaraq 21 yaşındakı Guddu ilə evlənib, sonra isə yoldaşının dörd qardaşı ilə də münasibət qurmağa başlayıb.
Hal- hazırda bir otaqlı evdə birlikdə yaşayan ailənin bir oğlu var. Rajon Verma '' Uşağın atasının kim olduğunu bilmirəm, ancaq bunun bir əhəmiyyəti yoxdur "deyir.
Verma, hər gecə ərlərindən biri ilə birlikdə olduğunu söyləyir.
Əri Guddu '' Hamımız onunla cinsi əlaqəyə giririk ancaq mən qısqanmıram. Biz xoşbəxt böyük bir ailəyik '' deyir.
Verma, ərlərinə olan sevgisinin bərabər olduğunu söyləyərkən 32 yaşındakı əri Bajju '' Qardaşlarım kimi mən də onu arvadım olaraq görürəm və cinsi əlaqəyə girirəm. Bu bizim həyatımızdır. Qəribə olduğunu düşünmürəm '' deyir.
Bajju evlərində onsuz da yataq olmadığını, yerə sərdikləri ədyallar üzərində yatdıqlarını da ifadə edərək '' Hamımız onunla olmaq üçün növbəmizi gözləyirik '' deyir.
1.5 yaşlı Jay adında bir oğlu olan Verma '' Bir çox evli qadından daha çox sevilirəm və buna görə də həyatımdan çox razıyam '' deyir.