Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ dövlət katibi Reks Tillersonla görüşüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, danışıqlar zamanı İŞİD-in Suriya və İraqdan çıxarılması və iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edən Fətullah Gülənin təhvil verilməsi məsələsi ön planda olub.
Yıldırım Tillersona Gülənin təhvil verilməsi məsələsində ABŞ-dan qəti addımlar atmağı tələb edib.