Macarıstanda 5 dollara Lamborghini Huracan satılır. 

Unikal.org-un məlumatına görə, superkarın sürücüsü 310 km/saat sürətlə idarəetməni itirib və qəza baş verib.

Avtomobil tamamilə yansa da, sürücü avtomobildən salamat çıxa bilib. Avtomobil tanınmaz hala düşüb. Bununla belə sürücü avtomobili yanmış halda satışa çıxarıb.

Qeyd edək ki, "Lamborghini Huracanın kapotunun altında 601 at gücündə 5,2 litrlik V10 mühərrik var. Superkar 0-100 km/saat sürəti 3,2 saniyəyə yığır.

Avtomobilin sadəcə karbon keramik əyləc qəlblərinin qiyməti 1200 avrodur.







fins.az