ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, prezident iqamətgahında keçirilən qapalı görüş 2 saatdan çox davam edib.
Ərdoğan terrorla mübarizədə tərəf müqabilinin düzgün seçilməsinin önəmindən danışıb. Görüşdə FETÖ terror təşkilatının rəhbərinin Türkiyəyə ekstradisiyası ilə bağlı prosedurlar, onun ABŞ-da fəaliyyətinin qarşısının alınmasına dair məsələlər müzakirə olunub.
Dövlət katibinin baş nazir Binali Yıldırımla görüşündə də bənzər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.