Avstraliyada daşqın təhlükəsi on minlərlə insanı evindən didərgin salıb.
Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, güclü "Debbi qasırğasına görə 40 min insan evlərini tərk etməli olub. Qasırğa təhlükəsinə görə mövcud beş dərəcədən dördüncü dərəcəli kimi qiymətləndirilib.
Küləyin sürəti saatda 263 kilometrə çatıb. "Debbi qasırğası insanlara ciddi ziyan vurub. Məlumata görə, hazırda 45 mindən çox ev işıqsız qalıb. Elektrik enerjisinin nə zaman bərpa olunacağı məlum deyil. Bir çox məktəblər bağlanıb.
Yerli meteoroloqlar xəbərdar edirlər ki, ən güclü daşqın Tuid çayı boyunca gözlənilir. Bəzi məlumatlara görə, son sutka ərzində bu rayonda 417 millimetrədək yağıntı düşüb.