Bu gün səhər Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuş həlak olub.
Unikal.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Mariupol şəhərinin Mərkəzi rayonunda, yerli vaxtla saat 08:35-də "Maksim kafe-barının yaxınlığında baş verib.
Partladılan avtomobilin "Toyota-Prado markalı olduğu bildirilir. Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb. Hadisəni Donetsk separatçılarının kəşfiyyat-diversiya qrupunun törətdiyi ehtimal olunur.