Xəbər verdiyimiz kimi, bu gün 31 mart Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım günüdür. Ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımdan 99 il ötür.
Unikal.org sənət aləminin tanınmış simaları da bu günü əks etdirən fotolar paylaşaraq, fikirlərini qeyd ediblər.
Big.az tanınmışların soyqırım ilə bağlı fikirlərini təqdim edir:
Xalq artisti Aygün Kazımova:
Əməkdar artist Azərin: "31 mart 1918-ci il. Erməni daşnakları və bolşevikləri tərəfindən Azərbaycan türklərinə edilən soyqırım. Unutmadıq, unutmayacağıq".
Əməkdar artist Firəngiz Mütəllibova: "Bu günü yaddaşlarımıza həkk edək və heç bir zaman unutmayaq".
Əməkdar artist Mehriban Xanlarov: "1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir!"
Əməkdar artist Elza Seyidcahan: "Unudulmazlar".
Əməkdar artist Aybəniz Haşımova: "Bir gün haqq öz yerini tapacaq".
Prodüser Tarix Əliyev: "Allah Azərbaycan xalqını qorusun. Tariximizi unutmayaq!"
Əməkdar artist Sevda Ələkbərzadə:
Müğənni Ramal İsrafilov: "Allah dünyamızı qorusun, amin. Ölənlərə də rəhmət eləsin".
Müğənni Elton Hüseynəliyev: "Allah rəhmət eləsin".
Aktyor Fərda Xudaverdiyev:
Müğənni Rəqsanə İsmayılova:
Müğənni Günay İbrahimli: "Bir bu fotoya baxın. Necə dəhşətlidir? Sümüklər bir-birinə qarışıb. Görəsən ruhları necə? Rahatdırmı? Bu vandalizmdir, vəhşilikdir. O sümüklər sızıldayır. Belə zülm və zalımlıq olar? Belə baxıb keçirik, ancaq dərinliyi ilə düşünsək görərik ki, faciəvi bir qırğındır. Düzdü, gəncəm. Amma bu yaşıma kimi bir şeyin fərqinə varmışam: "Ədalət gec-tez öz yerini tapacaq".
Müğənni Sevil-Sevinc:
Aparıcı Zaur Baxşəliyev: "İllər keçsə də, unudulmayan bir qan yaddası! 31 mart soyqırımı !" .
Müğənni Sevda Yahyayeva: "Allah xalqımıza kömək olsun".