FETÖ silahlı terror dəstəsinin üzvü olmaqda ittiham edilən müğənni Atilla Taş azadlığa buraxılıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Atilla ilə birgə 13 şübhəli şəxsin məhkəməsində hakim son qərarını açıqlayıb.
Qərara əsasən A.Taşın da daxil olduğu bir neçə adam ölkədən çıxışlarına qadağan qoymaq şərti ilə azadlığa buraxılıblar.
Qeyd edək ki, Atilla Taş, FETÖ-nü təbliğ etməkdə ittiham olunurdu. Məhkəmədə özünü müdafiə edən müğənni, "Vətənə xidmətimi Cənub-şərqdə etdim. Terrorla mübarizə apardım. Vuruldum. Ayağəmda mərmiylə yaşayıram. Tək üzvü olduğum təşkilat, Respublika Xalq Partiyasıdır. Hər zaman dövlətimizin yanında oldum. Bu ölkəyə əsla xəyanət etmədim" demişdi.