"Dərdimə şərik olan hər kəsə minnətdarlığımı bildirirəm. Acımı, nə çəkdiyimi, yaşadıqlarımı heç kimə arzulamıram. Sevdiyim, ömür yoldaşım bu dünyanı vaxtsız tərk etdi. Nə edə bilərdik?!"
Unikal.org xəbər verir ki, bu sözləri qan xərçəngindən dünyasını dəyişmiş rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə yazıb.
Mərhumu yad edən Səbinə onun yoxluğu ilə heç cürə barışa bilmədiyini söyləyib:
"Allahın yazdığı belə imiş. Gənc yaşında əbədi dünyasına qovuşdu. Yoxluğu ilə heç cür barışa bilmirəm. Amma Şahin bizi qoyub getmək istəmirdi. Amansız xəstəlik imkan vermədi. Bu şəkli çəkən xanım gətirib mənə verəndə göz yaşlarımı saxlaya bilmədim. Seyid Əli balam Şahinin yadigar şəklini gün ərzində əlindən düşürmədi. Şəklə baxıb "ata" dedi. Allah cəmi ölənlərə rəhmət eləsin. Çox çətin olsa da həyat davam edir və davam edəcək də".big.az