Rusiya 2017-ci ildə kosmik fəzaya 30-a yaxın raket buraxmağı planlaşdırır.

Unikal.org-un məlumatına görə, bunu "Roskosmos" şirkətinin rəhbəri İqor Komarov deyib.

"Roskosmosun 2025-ci ilədək inkişaf strategiyasından danışan İ.Komarov raket buraxılışlarının Baykonur, Vostoçnı, Plesetsk və Kuru kosmodromlarında həyata keçiriləcəyini deyib.

O, həmçinin qeyd edir ki, Rusiyanın dünya kosmik raket buraxılışlarında payı 24 faizə bərabərdir.