Mahaçqalanın mərkəzindəki bazarda baş verən yanğında 33 nəfər xəsarət alıb.

Unikal.org-un məlumatına görə, bu barədə Dağıstanın səhiyyə nazirliyinin nümayəndəsi Zalina Murtuzaliyeva deyib.

Onun sözlərinə görə, 3 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Müxtəlif əşyaların satıldığı bazarda yanğın səhər saatlarında baş verib. Alov bir neçə saat ərzində söndürülüb.