Moldova İqtisadiyyat nazirinin müavini Valeriy Triboy korrupsiya işi üzrə saxlanılıb.
Unikal.or-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın Milli antikorrupsiya mərkəzinin mətbuat katibi Anjela Starinski bildirib.
"Nazir müavini Valeriy Triboy korrupsiya işi üzrə saxlanılıb. Əlavə detallar barədə sonra məlumat veriləcək, deyə A.Starinski qeyd edib.
Qeyd edək ki, Valeriy Triboy 2016-cı ilin iyulunda Moldova İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.