Britaniya ixtiraçısı Riçard Brauninq Gravity adlı reaktiv kostyum hazırlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hələlik, bu kostyumuj sayəsində sadəcə bir neçə metr hündürlüyə qalxmaq mümkündü.

Riçard bu ixtirasını hazırlayarkən məşhur "Dəmir adam filmindən ilhamlanıb.

Kostyum yüngül ekzoskeletdən ibarətdir. Bura 6 kiçik qaz turbini mühərriki bərkidilib.

Müəllifin sözlərinə görə, mühərriklər saatda 450 kilometrə qədər sürət yığmağa icazə verir, və uçuş təxminən 12 dəqiqə davam edir.

Kostyumun hazırlamasına britaniyalı 40 min funt (təxminən 50 min dollar) xərcləyib, ixtiranı təkmilləşdirməyə davam edir. O, kostyuma yanacağın iqdarını göstərən displey əlavə etməyi düşünür.