Türkiyədə, Eskişehirdə 44 yaşlı İ.T.-ninhazırda evli olan 22 yaşlı doğma qızı Z.A.-nı zorladığı iddiasıyla məhkəmə hökm oxuyub.
Unikal.org gazetevatan-a istinadən xəbər verir ki, Z.A. 2 il əvvəl polis bölməsinə gedərək, doğma atası İ.T.-nın ona 8 yaşından etibarən təcavüz etdiyini deyib. İ.T.qızının şikayəti sonrasınəzarətə alınıb -‹-‹və məhkəmə qərarı ilə həbs edilib. Eskişehir 1-ci Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan İ.T. ittihamları qəbul etməyərək qızının ona böhtan atdığını qeyd edib.
Atasından şikayətçi olan Z.A. isə "8 yaşımdan 13 yaşıma kimi davamlı olaraq mənlə əlaqəyə girdi. 18 yaşıma çatdıqdansonra, onapolisə şikayət edəcəyimi söylədim. Bıçaqla təhdid edərək, mənimlə yenidən cinsi əlaqəyə girməyə başladı. Əlaqəyə girmədiyimdə anamı döyürdü"deyib.
Eskişehir 1-ci Ağır Cinayətlər Məhkəməsi heyəti şübhəli İ.T.-ni 45 il həbs cəzasına məhkum edib.