O, "Bozbash picturesin sevilən üzvlərindəndir. Bir çox maraqlı obrazlarda çıxış etsə də, tamaşaçıların yadında daha çox Ağsaqqal kimi qalıb. Gözəl xanımları başına yığıb, onlarla eşqbazlıq etməkdən zövq alan Ağsaqqal, görək həyatda necə biridir?
Unikal.org 1 Aprel - Beynəlxalq gülüş günündə Azər Baxşəliyevin yeniçağ.az-a müsahibəsini təqdim edir.
- "Bozbash pictures komandası hansı işə əl atır, uğur qazanır. Bu uğurun sirrini bəlkə bizə də açasan?
- Bu, təkcə bir adamın uğuru deyil. Bu müvəffəqiyyətin açarı ayrı-ayrılıqda bütün komandanın əlindədir. Komandamızın 6 üzvü var və hər birimiz eyni hədəfə vururuq, sirrimiz də bundadır - yəni güc birlikdədir.
- Heç aranızda söz-söhbət, mübahisələr olur?
- Bəzən tənqidlər olur, tutaq ki, bir-birimizə deyirik ki, filan obrazın bir qədər zəif idi, üzərində işlə. Demək olar ki, biz bir-birimizi tərifləmirik, çünki tərif insanı arxayınlaşdırır.
- Aranızda ən kaprizlisi və ən üzüyola kimdir?
- Kaprizli mənəm, üzüyola da Qılman.
- Sizcə aranızda daha çox kim sevilir və buna görə bir-birinizi qısqanırsınızmı?
- Əslində bizi "Bozbaşh pictures komandası kimi tanıyıb rəğbət bəsləyirlər. Hər kəs bilir ki, aramızda ən çox Fəlakəti sevirlər, bu, bizdə qısqanclıq yaratmır, çünki o, komandanın bir üzvüdür, biz hamımız komandanı təmsil edirik.
- Ağsaqqal, sən də özünə görə deyilsən ha, o gözəl, gənc qızları başına yığıb, kefindən qalmırsan-¦ Bəs həyatda necə birisən?
- Qız məsələsinə gələndə, həyatda tamamilə fərqliyəm. Necə deyərlər, obrazımla tərs mütənasibəm.
- Eşitdiyimə görə ətrafında xeyli xanım pərəstişkarların var. Heç onların sevgisindən sui-istifadə edirsən?
- Nə mənada?
- Elə hər mənada- görüşmək, sevgi yaşamaq-¦
- Mənə yazan qızlara prodüserin profilinin linkini, ya da telefon nömrəsini verirəm, deyirəm ki, onunla əlaqə saxlayın, çəkilişə gələndə orda görüşərik. Amma heç birinə nə öz nömrəmi vemirəm, nə də əlaqəm olub.
- Nişanlanmaq xəbəri doğrudur?
- "Hərim olub.
- Qız kimdir?
- Arxitektordur, Rəssamlıq Akademiyasını bitirib.
- Öz seçimindir, yoxsa valideynlərinin?
- Özüm seçmişəm.
- Onu hansı xüsusiyyətinə görə seçdin?
- Mənim üçün əsas şərt qızın məni anlaması, başa düşməsidir. Onda bu keyfiyyəti gördüm və həyatımı onunla bağlamağa qərar verdim.
- Bəs xarici görünüş, gözəl olması sənin üçün önəmli deyil?
- Qətiyyən. Daxili aləm gözəl olanda, zahirən də qadın gözəl görünür. Çətin adamam, əsas odur qarşı tərəf mənə dözsün, məni olduğum kimi qəbul etsin və başa düşsün.
- Yəni belə dözülməzsən ki?
- Real həyatda özüm-özümə dözülməzəm, özümü qəbul edə bilmirəm.
- Dözülməzliyin nədədir ki?
- Tərs adamam. Mənə nəyisə təklif eləsən, mütləq ona "yox deyəcəm. Gərək mütləq özüm onu istəyim, onda deyərəm ki, hə, mənə bu, lazımdır. Hətta istədiyim bir şeyi ilk olaraq qarşı tərəf mənə təklif etsə, razılıq vermirəm.
- Qısqancsan?
- Ailə quranda bilirsən ki, o adam tamamən sənə aiddir və tam sən istədiyin kimidir və bundan sonra qərar verirsən. Qısqanclıq əminliyin olmamasıdır.
- Özünə, yoxsa sevdiyinə?
- Özünə. Qısqanclıq onda olar ki, o, məndən daha yaxşısını tapa bilər. Mənimlədirsə, deməli, ən yaxşısı mənəm.
- Münasibətlərinizi nə qədər müddətdən sonra rəsmiləşdirmək qərarına gəldiniz?
- Bir il münasibətimiz olub, amma elə bir yaş həddindəyəm ki, artıq bütün sevgilər yaşanıb bitib. Ağılla hərəkət etməyin zamanıdır.
- Belə anladım ki, çox sevgilər yaşamısan?
- Yox, deyim ki, həyatımda dəli sevgilər yaşamamışam. Həyatımda dərin bir eşq macərası yaşayım-filan, elə bir şey olmayıb.
- Nakam sevgi də yaşamamısan?
- İş elə gətirib ki, hansı qadından xoşum gəlibsə, onun da məndən xoşu gəlib. Yəqin ki, mənim üçün əlçatmaz qadın olmayıb deyə, onu da ürəklə sevməmişəm.
- Sənin üçün qadında dözülməz xüsusiyyət hansıdır bəs?
- Çox danışmağı məni yorar və bir də nəzarəti sevmirəm. Mən sərbəstliyi xoşlayıram.
- Xırmanda yabalaşmamaq üçün şərti şumda kəsmisən?
- Əgər mən nəsə etmək istəsəm, buna vaxt və imkan tapacam. Yaxud da o. Buna görə də şərt kəsmək lazım deyil, bir gün hər şey üzə çıxacaq. Əsas odur ki, insan gərək bir-birinə inansın.
- Özündə bəyənmədiyin, qurtulmaq istədiyin xüsusiyyət varmı?