Bu yaxınlarda "Lider" televiziyasında yeni veriliş aparmağa hazırlaşan tanınmış prodüser Tolik (Tarix Əliyev) ötən gün sosial şəbəkədə canlı yayım edərək, alış-verişə çıxıb.
Unikal.org xəbər verir ki, evinə lazım olan və pəhrizində istifadə etdiyi ərzaqları alan prodüser, daha sonra kassaya yaxınlaşaraq hesab ödəyib. Hesab ödəyərkən Tolik bu günə qədər 2100 manatlıq alış-veriş etdiyini, lakin bunun qarşılığında 50 manatlıq bonus qazanmasından gileylənib.metbuat.az