Müğənni Gülşən, yanvar ayında ana olduqdan sonra səhnə fəaliyyətinin sürətini bir qədər də artırıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, qısa zamanda doğuşdan sonrakı artıq çəkidən xilas olan ifaçı bu yay 54 konsert verəcək.

O, hər konsertindən 100 min lirə (təxminən 50 min manat) qazanacaq. Ümumilikdə, Gülşən bu yay ən azı 5,4 milyon lirə (təxminən 2,7 milyon manat) əldə edəcək.