Çinin cənubunda yerləşən Quandun əyalətində uzunluğu 98,8 metr, eni isə 15,6 metr olan gəmi körpüyə çırpılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insident Çjuxay şəhər dairəsində baş verib. Min tona yaxın yük daşıyan gəmi Lyansi körpüsünə dəyib. Nəticədə körpünün dayağı 1,6 metr irəli gedib.
İlkin məlumata görə, insident nəticəsində üç nəfər xəsarət alıb.