Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 112 nəfər ölüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, xeyli insan itkin düşmüş hesab edilir.
Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi göstərilir. Təbii fəlakət 17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb.