ABŞ-ın Florida ştatında Edjuoter şəhərinin yaxınlığında iki yüngülmotorlu təyyarə səmada toqquşub.

Unikal.org-un Trend-ə istinadən xəbər verir ki, bu haqda Florida Today portalı məlumat verib.

Hadisə nəticəsində hər iki pilot həlak olub.

Şahidlərin sözlərinə görə, təyyarələr birgə uçuşlar həyata keçiriblər. Manevrlərdən biri zamanı hər iki hava gəmisi toqquşub.

Təyyarənin göyərtəsində pilotlardan başqa insan olmayıb.