Ötən ilin 15 iyul qiyamında Türkiyə Böyük Millət Məclisinin binasına xidmətindəki F-16 təyyarəsi ilə bomba yağdıran kapitan pilot Hüseyn Türkün ifadəsi yayılıb.

Unikal.org xəbər verir ki, Türk açıqlamasında terrorla mübarizə əməliyyatı aparıldığını zənn etdiyi üçün parlament bombasına bomba atdığını bildirib.

O qeyd edib ki, tabeçiliyindəki hərbi təyyarədə 6 bomba olub. Öncədən verilən təyinat üzərinə 4 bombanı şəhər kənarındakı hədəflərə, 2 bombanı isə parlament binasına atıb.

Qeyd edək ki, 15 iyuldan 16 iyula keçən gecə H. Türk F-16 qırıcısı ilə parlament binasına 2 bomba atıb. Nəticədə 32 nəfər ağır yaralanıb.