Dubay əmiri Əl Məktumun oğlu səhrada qumda ilişib qalan yük maşınının sürücüsünə kömək edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə maşınına buraz bağlayaraq yük maşınını çəkib. Buraz bir neçə dəfə qırılsa da, cəhdlər davam edib. Nəticədə maşını qumdan çıxarmaq mümkün olub.

Qeyd edək ki, Xamdan ibn Məhəmməd Al Maktum Rəşid Al Maktumun oğludur. Pullarını xeyriyyəçiliyə xərcləyir, şahin ovu üçün Azərbaycana da gəlib. Dünyada ən arzuolunan subaylardan hesab olunur.