Çinin cənub-qərbində mikroavtobusun çaya düşməsi nəticəsində 8 nəfər həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə məlumat "Sinxua" agentliyində yer alıb.

Məlumata görə, qəza aprelin 2-si səhər Quyçjou əyalətinin Pinçzyan şəhəri yaxınlığında baş verib. Bildirilir ki, avtomobil körpü dirəyinə dəyərək, çaya düşüb. Avtomobildə sürücünün ailə üzvüləri və qohumları olub.