Polşanın 3-cü liqasında çıxış edən "Volçanka" futbol komandası faciəvi avtomobil qəzası keçirib.
 
Unikal.org "report"a istinadən xəbər verir ki, "Avia Svidnik"lə oyuna yollanan komandanın avtobusu qarşıdan gələn yük maşını ilə toqquşub.  

Nəticədə, 5 futbolçu həyatını itirib. Bunlar 28 yaşlı Rafal Pıdıx, 23 yaşlı Kamil Pıdıx, 19 yaşlı Patrik Şveçak, 25 yaşlı Mariuş Korzepa və 29 yaşlı Kamil Oşlizlodur. Oyunçulardan 3-ü hadisə yerindəcə, 2-si xəstəxanada keçinib.  

Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar Polşa və Finlandiya yığmaları arasındakı yoldaşlıq görüşü birdəqiqəlik sükutla başlayıb.