Suriya müharibəsinə daxil olduqdan sonra Rusiyanın hərbi məhsullarının ixracında kəskin artım müşahidə olundu.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın "Kommersant" qəzeti çıxış edib.
 
Nəşr iddia edib ki, 2016-cı ildə Rusiya silah satışı ilə bağlı 6-7 milyard dollarlıq müqavilə imzalayacaq:
 
"Rusiya Suriya müharibəsinə daxil olduqdan sonra bir çox ölkədən silah sifarişi aldı. 2015-ci ilin dekabr ayında Əl-Cəzair 12 ədəd Su-34 təyyarəsi almaq üçün Rusiyaya müraciət etdi və nəticədə 500-600 milyon dollar qarşılığında bu qırıcılara sahib oldu. Bundan əlavə, İndoneziya, Vyetnam və Pakistan kimi ölkələr də Rusiya silahlarına böyük maraq göstərir. Sözügedən ölkələrin də rəsmi Moskva ilə hərbi sahədə müqavilələr imzalayacağı gözlənilir".