"Səs Azərbaycan layihəsi başlasa, orada məmnuniyyətlə münsif kimi əyləşərəm. Əminliklə deyirəm ki, həm ölkənin, həm də layihənin sahibinin üzünü ağ edəcək iştirakçı seçərəm.
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif "Myvideoda qonaq olarkən deyib.
Sənətçi qalmaqallı açıqlamalar verib. O bildirib ki, Azərbaycanda şou-biznes yox vəziyyətdədir:
"Bura Azərbaycandır, məni heç kim ora qoymaz. Yaşım çatmır(gülür). Məni açıqlama verməyə vadar etməyin, başım ağrıyar. Bizdə şou-biznes sistemi yoxdur. Onu yaratmaq istəyən istedadlı insanlar var. Murad Arifin komandası, arxasında dayanacaq insanlar yoxdur, ona görə də bu istək real deyil.
M.Arif "Eurovision təmsilçilərimizdən olan Dilarə Kazımovadan danışıb. İfaçı Dilarənin müsabiqəyə getməsində onun dəstəyinin böyük olduğunu söyləyib:
"O vaxt "Böyük səhnədə münsif oldum və Dilarə Kazımovanın seçilməsində mənim rolum oldu. Hələ də hesab edirəm ki, həmin vaxt "Eurovisiona ən layiqli namizəd o idi. Amma təəssüf ki, mahnısı seçiləndə məndən məsləhət alınmadı. Onun ifa etdiyi "Start a Fire mahnısı elə sonuncu yerlərə layiq idi. Maraqsız bir mahnıdır.