Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.

Unikal.org-un femida.az-a istinadən xəbər verir ki, Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il ardıcıl tələbə adını qazanmaq üçün imtahan varib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanından tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O, məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.

Bakı Apellyasiya məhkəməsində hakim HÓ™mid HÓ™midovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb.