Təhsil Nazirliyi bölgələr üzrə yekun diaqnostik qiymətləndirmənin keçirilmə tarixlərini açıqlayıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd, Cəbrayıl müəllimləri 16-21 aprel, Ağstafa, Tovuz, Qazax müəllimləri 25-27 aprel, Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Ağdam, Laçın, Kəlbəcər, Xocalı müəllimləri 1-6 may, Yevlax, Ağdaş, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Xocalı, Laçın müəllimləri 12-17 may, Bakı müəllimləri (Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, Laçın) isə 24-25 may tarixlərində diaqnostik qiymətləndirmədə iştirak edəcək.

Qeyd edək ki, diaqnostik qiymətləndirmə bölgələr üzrə Olimpiya İdman Mərkəzlərində təşkil ediləcək.