ABŞ Dövlət Departamenti Ekvadorda prezident seçkilərində qalib gələn Lenin Morenonu təbrik edib.

Unikal.org-un məlumatına görə, Dövlət Departamentinin təbrikində deyilir:

"ABŞ aprelin 2-də prezident seçkilərinin ikinci turunda iştirak edən Ekvador xalqını təbrik edir. Biz, həmçinin "PAIS Alyans" partiyasından olan Lenin Morenonu qələbə münasibətilə təbrik edirik".

Qeyd edək ki, Ekvador Milli Seçki Şurası L.Morenonun seçkilərdə qələbə qazandığını rəsmən edlan edib.