Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasından Unikal.org-a verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 10 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.
Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.
Onluğa daxil olan digər güləşçilərdən Rafiq Hüseynov (80 kq) 5-ci, İslam Abbasov (85 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) 7-ci, Rövşən Bayramov (59 kq) isə 9-cu yerdədir.
59 kq
9. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)
12. Murad Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr)
66 kq
3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)
71 kq
3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (3)
19. İslambek Dadov - U-23 Avropa çempionatı 1-ci yer (nr)
75 kq
7. Elvin Mürsəliyev - Dünya Kuboku 1-ci yer (7)
80 kq
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (7)
85 kq
6. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (7)
98 kq
11. Orxan Nuriyev - U-23 Avropa çempionatı 1-ci yer (nr)
130 kq
4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.