Meyxana ifaçısı Kərimin yaddaşının itməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Unikal.org xəbər verir ki, bunu AzNews.az-a sənətçinin yaxın qohumu Rüstəm Cənnətov bildirib. Onun sözlərinə görə, meyxanaçı bu gün reanimasiyadan palataya köçürüləcək:
"Kərim danışır, ayağı-qolu işləyir. Yaddaşı da yerində. Yanına gələn qonaqlarla danışır. Onlar da Kərimin yaddaşının yerində olduğunu görür. Amma çox təəssüf edirəm ki, mətbuatda onun yaddaşının itməsi haqqında məlumat yazılıb. Kərim bunu eşitsə, həqiqətən pis olacaq.
Məşhur meyxanaçı Kərim insult keçirib. Onun vəziyyətinin pis olduğu, hətta yaddaşının itməsi bildirilib.