Polşanın cənubunda sərnişin qatarı yük maşını ilə toqquşub.

Unikal.org xəbər verir ki, qəza Ozimek şəhəri yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Qəza baş verdiyi an qatarda 300-dək sərnişin olub.

Qəzanın səbəbləri barədə məlumat verilmir.