Türk Hava Yollarının (TYH) Qvineyadan İstanbula uçan təyyarəsində qeyri-adi hadisə baş verib.

Unikal.org-un "Hurriyetə istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxandan iki saat sonra hamilə olan 18 yaşlı Diaby Nafi adlı qadın sərnişinin sancısı tutub. Bu anda onun köməyinə ekipaj heyəti çatıb.

Təyyarə işçilərinin köməyilə sağlıqlı şəkildə dünyaya gələn körpəyə anası Kadiju adını qoyub.

Qeyd olunur ki, digər sərnişinlər öz aralarında pul toplayaraq D. Nafiyə hədiyyə ediblər.