Stokholmda yük maşınınıinsanların üzərinə sürən şəxs hələ ki, tapılmayıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Stokholm polisinin nümayəndəsi Yan Evansson bəyan edib.

"Yük maşınının sürücüsü tapılmayıb. Bundan əvvəl saxlanılan əlamətlərinə görə terroru törətməkdə şübhəli bilinən şəxsə bənzəyib, deyə Yan Evansson bildirib.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Bu gün Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org-un məlumatına görə, bu barədə İsveçin SVT kanalı məlumat verib.

"İlkin məlumata görə, Stokholmda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, deyə İsveç paytaxtı polisinin nümayəndəsi Lars Bistryom bildirib.

Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb.