ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurası Donald Tramp üçün Şimali Koreyanın nüvə proqramına müqavimət ssenarisi hazırlayıb.

Bu barədə informasiyanı "NBC Nyus televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb. Televiziya Ağ Evin hələlik Çinin Pxenyanı öz nüvə proqramından imtina etdirəcəyinə ümid bəslədiyini bildirib. Lakin bu, baş verməyəcəyi təqdirdə ABŞ digər variantları da nəzərdən keçirməli olacaq. Bu variantlar sırasında Şimali Koreya lideri Kim Çen İnin və digər yüksək vəzifəli şəxslərin məhv edilməsi də var. Digər variant isə ABŞ-ın yenidən Cənubi Koreyadakı Osan bazasına nüvə bombalarını geri qaytarmasıdır. Vaşinqton həmçinin ABŞ və Cənubi Koreya xüsusi təyinatlılarının Şimali Koreyaya diversiya törətmək üçün keçməsi ssenarisini də nəzərində saxlayır.