2017-ci ildə Avropa Birliyi Ermənistana 40-45 milyon avro qrant ayıracaq.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Ermənistandakı Nümayəndəliyi yayıb.

Bəyanatda bu yardımın yarısının Ermənistan büdcəsinin dəstəyinə yönəldiləcəyi bildirilib.

Qeyd edək ki, Avropa Birliyi son 10 ildə Ermənistana 500 milyon avro qrant ayırıb.