Tailand dünyada cinsiyyət dəyişdirməyə görə lider ölkələrdən sayılır.
Unikal.org-un məlumatına görə, transların çox olduğu ölkədə onların əsgərliyə gedib getməməsi ilə bağlı problem var. LGBT cinisyyətini dəyişdirdikdən sonra şəxsiyyət vəsiqəsində hələ də kişi olaraq yazılan şəxslərin hüquqlarının pozulduğunu hesab edir.
Belə ki, translar əsgərliyə getməkdən azad olsalar da, bu sənədi almaq üçünprosesdən keçməli, sonra növbəyə durmalıdır. Bir neçə müddət əvvəl Transların Gözəllik kraliçası Oatra Uirinthanakij də belə növbələrdən birində görünüb.
Məktəb illərində universititə qədər davam edən hərbi dərslərdə isə translar da iştirak edir.
Qeyd edək ki, Tailandda əsgərlik püşklədir. Növbəyə duranlar kart çəkir və qırmızı kart çıxanlar əsgərliyə getmir. Qara kart çəkənlər isə hərbi xidmətə yollanır.