Çinin Hebey vilayətində yerli turist avtobusu aşıb.

Unikal.org "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 turist həlak olub, 6 nəfər isə xəsarət alıb.

Xəbərdə deyilir ki, avtobusda qəza zamanı 35 nəfər olub. Hazırda faktla bağlı araşdırma aparılır.