Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynov uzun müddətdir küsülüdür.
Unikal.org xəbər verir ki, tədbirlərin birində qarşılaşan ifaçılar üz-üzə gəlməməyə çalışıblar.
Z.Hüseynov "Xəzər maqazin"ə açıqlamasında aralarındakı küsülülükdən danışıb:
"Tədbirdə Abbası görmədim. Məndə elə xasiyyət yoxdur ki, kimisə görəndə çıxıb gedim. Bizim heç bir alış-verişimiz yoxdur. Aramızdakı çox xırda bir problemdir. Kimsə bunu bilməli deyil. O qədər danışmayan, bir-birini sevməyənlər var ki... Gərək hamı bilsin? Küsülülük bizə yaraşmaz. Sadəcə, inciklikdir, keçib gedər".