Acun Ilıcalının TV8 kanalında yayımlanan "Survivor 2017 yarışmasında iştirak edən Türkiyənin milli boksçusu Adəm Kılıççı "Sarı Gəlin mahnısını oxuyub.

Unikal.org  publika.az-a istinadən xəbər verir ki, oyun iştirakçıları arasında keçirilən "Söylə Söyləyə bilirsən yarışmasının final mərhələsində Adəm Azərbaycanın xalq mahnısı "Sarı gəlin-i oxuyub.

Boksçu Mustafa Sandal və həyat yoldaşı Əminə Sandal, Fatih Terimin qonaq olduğu musiqi gecəsində ikinci yeri tutub.

Azərbaycan xalq mahnısı olan "Sarı gəlin bu dəfə də anonim olaraq göstərilib.

Qeyd edək ki, artıq neçənci dəfədir ki, türk kanalları "Sarı gəlin-in söz və bəstəsinin müəllifi olmadığını əsas gətirərək anonim yazır.