Britaniyalı kolleksioner Nik Mid internetdə sifarış verməklə SSR-i vaxtlarına aid T-34 tankı alıb.

Unikal.org dünya mətbuatına istinadən xəbər verir ki, Nik Mid cəmi 37 dollara sifariş etdiyi tankı evə gəritdikdən sonra yanacaq üçün ayrılmış hissədən 5 ədəd qızıl külçəsi tapıb. Niki Mid o qədər həyəcanlanıb ki, hətta evə polis də çağırıb. Evə gələn polis qızıl küləçələri müsadirə edib.

Külçələrin 2,5 milyon dollar dəyərində olduğu xəbər verilir. Bundan kədərlənməyən Nik Mid sosial şəbəkə tankın şəkillərini yerləşdirərək "qızıllarımı geri ala bilməsəm də, mənim gözəl tankım var-deyə yazıb